İtaliyada bütün idman yarışları dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada bütün idman yarışları dayandırıldı

İdman

10 Mart 2020 00:49 498


İtaliyanın Milli Olimpiya Komitəsi ölkə ərazisində bütün idman yarışlarının dayandırılması barədə qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə komitənin saytında məlumat yayılıb.

Məlumata görə, yarışlar aprelin 3-ə qədər dayandırılıb. Buna səbəb ölkədəki koronavirus epidemiyasıdır. pizza

Qeyd edilir ki, İtaliyanın olimpiya komitəsi beynəlxalq yarışlara təsir edə bilmir, buna görə də ölkənin avrokuboklardakı klublarının ev matçları qrafik üzrə keçiriləcək, amma qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

Qeyd edək ki, COVID-19 ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!