İtaliyada evlər 1 dollara satılır -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada evlər 1 dollara satılır - Fotolar

Dünya

01 Dekabr 2020 16:06 1239


İtaliya kəndlərindən birinin Bələdiyyə sədri imzaladığı ağılalmaz layihə ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, paytaxt Roma yaxınlığında yerləşən Kastropinyano kəndində evlər 1 Avrodan satışa çıxarılıb.

Məsələ ilə bağlı açıqlama verən bələdiyyə sədri Nikola Skapillati bildirib ki, bir müddət əvvəl 2 500 insanın yaşadığı kənddə əhalinin sayı 900-ə enib: Pepperoni pizza

"Burada tarixi binaların təmirə ehtiyacı var. Mövcud vəziyyətdə onlar təhlükə mənbəyidir. Sakinlərin 60 faizinin yaşı 70-dən yuxarıdır. Gənc əhalini buraya gətirərək kəndi yenidən canlandırmaq istəyirik. Evlər satıldıqdan sonra ev sahiblərindən onları təmir etdirmələri tələb olunacaq. Onlar üç il ərzində evlərini təmir etdirməlidirlər. Onlar bunu edəcəklərinə 2 min avro təminat verdikdən sonra evi almağa haqq qazanacaqlar və evi bərpa etdikdən sonra bu pul onlara geri qaytarılacaq".

Qeyd edək ki, bundan əvvəl İtaliyanın iki fərqli bölgəsində bu proses həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!