İtaliyada həkim işləyən azərbaycanlı virusla bağlı görün nələr dedi - Video

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada həkim işləyən azərbaycanlı virusla bağlı görün nələr dedi - Video

Dünya

21 Mart 2020 13:23 4655


Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkə İtaliyadır. 

İtaliyada bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 insan dünyasını dəyişib. 

15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı AZXEBER.COM-a müsahibə verib.  Sezar pizza

O deyib ki, Milanda yaşayır və orada vəziyyət çox gərgindir: 

"İtalyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində

həkiməm. Hazırda İtaliyanın şimal bölgəsində virusla bağlı ən kritik vəziyyətdir. Koronovirus ilk dəfə olaraq elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə burada virusa yoluxanların sayı 41 mindir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur”. 

Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:

"Koronavirus ilk dəfə yayılanda heç kəs bu qədər ciddi olacağına inanmırdı. Burada heç kim onu ciddiyə almadı, hamı zarafatla qarşıladı. İndi isə heç kim qarşısını ala bilmir, hər kəs çarəsizdir. Mən düşünürəm ki, virus haqda məlumat olan zaman karantin rejimi elan olunmalı idi. O zaman bu qədər ölüm olmazdı”.

Bahar Yusifzadə Azərbayxan xalqına da müraciət edib: "Azərbaycan dövləti çox gözəl işlər görür, önləyici tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gec qaldılar. Mən sadəcə xalqımıza deyirəm ki, özlərinə karantin etsinlər, evdən bayıra çıxmasınlar. Mən sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursaz, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana dönmək lazım deyil. Onsuzda dönən kimi karantində qalacaqsız, ondansa burada evinizdə qalın”.

Bahar Yusifzadənin özəl müsahibəsini təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!