İtaliya koronavirusa görə martın 8-nə kimi ölkədə bütün növ idman yarışlarının dayandırılması barədə qərar verib.
"Yeni Sabah" "Football Italia"ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, bütün klubların martın 4-də Romada təcili görüşü çağırılıb. Eyni zamanda, A seriyasının 27-ci turu çərçivəsində həftə sonunda keçirilməli olan "Atalanta" – "Latsio", "Bolonya" – "Yuventus", "İnter" – "Sassuolo" və "Verona" – "Napoli" matçların da təxirə salınacağı gözlənilir. Əgər, oyunlar keçirilsə, bu zaman azarkeşlərin girişinə icazə verilməyəcək. Qarşılaşmaların təxirə salınmasına isə bir çox klub etiraz edib.
İtaliyada epidemiya səbəbindən həyatını itirənlərin sayı 40-ı keçib. Telegram kanalımız