İtaliyada koronavirus yayıldığı gündən etibarən ən yüksək ölüm hadisəsi son sutka ərzində qeydə alınıb. Belə ki, 993 nəfər COVID-19 səbəbilə həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, bu günədək İtaliyada 58 038 insan koronavirusdan ölüb.
Yoluxma sayı isə 23 225 nəfər artaraq 1 664 829-a çatıb. İndiyədək ölkədə 846 809 koronaviruslu xəstə sağalıb. Hazırda 759 982 aktiv virus daşıyıcısı var. Sezar pizza
Telegram kanalımız