İtaliyada koronavirusun mutasiyaya uğramış növü yayılıb

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada koronavirusun mutasiyaya uğramış növü yayılıb

Dünya

21 Dekabr 2020 07:34 778


Koronavirusun mutasiyaya uğramış yeni növü Böyük Britaniyadan sonra İtaliyada da aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, Romada Çelio hərbi xəstəxanasındakı pasiyentlərdən birində koronavirusun daha yoluxucu növü müəyyən edilib. İtaliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Böyük Britaniyadan geri dönən pasiyent ailəsi ilə birlikdə karantinə alınıb.

Bildirilir ki, koronavirusun mutasiya olunmuş yeni növü tibb elminə sentyabr ayından məlum olsa da, son həftə onun sürətlə yayılması müəyyən edilib. Hazırda Londonda dekabr ayında qeydə alınan yoluxma hallarının 60 faizinin koronavirusun mutasiya olunmuş yeni növünün payına düşdüyü bildirilir. Pepperoni pizza

Koronavirusun mutasiyaya uğramış növünün Avropada sürətlə yayılmasının qarşısı almaq üçün artıq bir sıra Avropa ölkələri Böyük Britaniya ilə aviareyslərə qadağa qoyublar. Eyni zamanda, İtaliya hökuməti də Birləşmiş Krallıqla aviareyslərin dayandırılacağını elan edib.

Qeyd edilməlidir ki, indiyədək Böyük Britaniyanın hüdudlarından kənarda daha on bir hal üzrə yeni növə yoluxma müəyyən edilib. Onlardan doqquzu Danimarkada, biri Niderland Krallığında, biri isə Avstraliyada aşkarlanıb. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!