İtaliyada oynayan gürcü futbolçunun dəyəri 25 milyon artdı

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada oynayan gürcü futbolçunun dəyəri 25 milyon artdı

İdman

21 Mart 2023 20:05 997


Nüfuzlu “Transfermarkt” portalı İtaliya A seriyasında çıxış edən futbolçuların transfer qiymətlərinin yeni siyahısını hazırlayıb. 

Yenisabah.az xəbə verir ki, "Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya çempionatının ən bahalı futbolçusu olub. Onun transfer dəyəri 100 milyon avrodur. 

Nigeriyalı futbolçunun gürcüstanlı komanda yoldaşı Xviça Kvaratsxeliyanın dəyəri isə xeyli artıb. Onun transfer qiyməti 25 milyon avro bahalaşaraq 85 milyon avroya çatıb.  Pepperoni pizza

22 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 30 matçda 14 qol vurub, 16 qol ötürməsi edib. O, 2022-ci ilin yayında "Dinamo" Batumidən 10 milyon avro qarşılığında "Napoli"yə keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!