İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq 

saytların hazırlanması

Evə çatdırılma

İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq 

Sosial

18 Mart 2020 09:29 680


İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər.

“Yeni Sabah” xəbər verir ki, onların təxliyəsi üçün çarter reyslər təşkil edilib.

Təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq. Onlar təhlükəsizlik məqsədilə xüsusi paltarlarla təmin ediliblər. Dominos pizza

İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa yoluxub, 2500-dən artıq insan isə bu xəstəlikdən dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!