İtaliyalı model koronavirusa yoluxub – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İtaliyalı model koronavirusa yoluxub – Fotolar

Şou

24 Aprel 2020 16:01 1183


İtaliyalı modelə koronavirus diaqnozu qoyulub.

Yenisabah.az xəbər verir ki, Boloniya şəhərində yaşayan Bianka Dobroyu fevralın 28-i 40 dərəcə temperatur ilə xəstəxanaya yerləşdirilib. Daha sonra 23 yaşlı modelin COVİD-19 daşıcısı olduğu müəyyənləşib. O, xəstəxanada 6 gün müalicə aldıqdan sonra vəziyyəti yaxşılaşdığı üçün təxliyə edilib və evdə karantin altına alınıb.

Bu müddət ərzində model 6 dəfə testdən keçib və hər dəfə də test nəticələri müsbət çıxıb. 55 gün virusla mübarizə aparan modelin son vəziyyətini təhlil edən italyalı virusoloq Lusiano Attard isə Dobroyunun vəziyyətinin yaxşı olduğunu açıqlayıb: "Xəstənin vəziyyəti yaxşıdır,amma nəticələr hələ də müsbət çıxır. İtaliyada bugünədək belə bir hadisə olmayıb. Nəticələr normalda 4 həftədən sonra mənfi çıxır". Marqarita pizza

Qeyd edək ki, modelin eyni evdə yaşadığı anasının test nəticələri neqativ çıxıb.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!