İtaliyalı nazir Bakıdan sonra İrəvana gedəcək

saytların hazırlanması

Evə çatdırılma

İtaliyalı nazir Bakıdan sonra İrəvana gedəcək

Rəsmi

02 Aprel 2022 11:47 1202


İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayo Azərbaycandan sonra aprelin 3-də Ermənistan işgüzar səfər edəcək.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın XİN sözçüsü Vaan Unanyan “Facebook” səhifəsində məlumat yayıb.

"Ermənistan və İtaliya xarici işlər nazirlərinin görüşü aprelin 3-də Ermənistan Xarici İşlər Nazirliyində baş tutacaq, ardınca isə mətbuata açıqlamalar veriləcək.
Səfər çərçivəsində Luici Di Mayonun Ermənistan prezidenti Vaan Xaçatryan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan ilə də görüşü planlaşdırılır.

Xatırladaq ki, Luici di Mayo işgüzar səfər çərçivəsində bu gün Azərbaycana gəlib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!