İtalyanlar  etiraz edir

saytların hazırlanması

Evə çatdırılma

İtalyanlar etiraz edir

Dünya

07 Aprel 2025 10:24 217


İtaliyanın Roma şəhərində minlərlə vətəndaş Avropa Komissiyasının silahlanma ilə bağlı verdiyi təklifə etiraz edir. Etirazçılar baş nazir Meloni və Von der Leyenin intensiv silahlanma ilə bağlı proqramının silahlı münaqişələrə səbəb olacağını bildirir.

Yenisabah.az xəbər verir ki, etiraz aksiyalarına 100 mindən çox adam qatılıb. Mitinqlərin təşkilatçılığını İtaliyanın məşhur “5 Ulduz Hərəkatı” yerinə yetirir.

Qeyd edək ki, kəskin etirazlara səbəb olan militarizasiya və silahlanma proqramı qəbul olunarsa, 800 milyard avroluq investisiya hesabına başa gələcək. Bu isə bir çox Avropa ölkələri üçün ciddi maliyyə riskləri daşıyır. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!