İtdirsəyi çıxan zaman nə etmək lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

İtdirsəyi çıxan zaman nə etmək lazımdır?

Sağlamlıq

11 İyul 2024 02:17 12818


İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

İtdirsəyi həmçinin badamcıq, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.

Yenisabah.az xəbər verir ki, itdirsəni sıxmaq, onun üzərinə sidik və ya müxtəlif məhlullar çəkmək olmaz. Onunla ehtiyatsız davranışlar görməni ciddi mənada zədələyə bilər. pizza hut

Vacib məqam isə itdirsəyini sıxıb çirkini çıxarmamaq, ora çirkli əl, dəsmal sürtməməkdir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!