İtini tapana 20 min dollar verəcək

saytların hazırlanması

Evə çatdırılma

İtini tapana 20 min dollar verəcək

Dünya

02 Noyabr 2025 09:56 234


Meksikanın "Pumas" klubunun məşhur futbolçusu Aaron Remzi itmiş iti haqqında məlumat verənə 20 min dollar mükafat verəcəyini açıqlayıb.

O bu təklifi sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, futbolçunun iti oktyabrın 9-da yoxa çıxıb. Uelsli futbolçunun daha əvvəl itini tapana 10 min dollar mükafat verəcəyi barədə xəbərlər yayılmışdı. Görünür, sevimli heyvanının itməsini qəbul edə bilməyən yarımmüdafiəçi mükafatı artırıb. pizza

34 yaşlı Remzi iyul ayında Uelsin "Kardiff Siti" klubundan "Pumas"a keçib. O, İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Uels millisinin heyətində 86 oyun keçirib, 21 qol vurub.  /Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!