İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra

saytların hazırlanması

Evə çatdırılma

İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra

Sosial

25 İyun 2025 16:08 280

Qırmızı Ordunun (SSRİ) azərbaycanlı əsgəri Xudaverdiyev Məmməd Fəttah oğlunun nəşinin qalıqları tapılıb. 

Yenisabah.az xəbər verir ki, 1943-cü ildə itkin düşmüş əsgərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb. 

Onunla bərabər dörd Qırmızı Ordu əsgərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstünə yazdığı ad-soyadından tapmaq mümkün olub.  Toyuqlu pizza

Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSRİ əsgərinin qalıqları Smolenskin Ozernı kəndindəki Xatirə meydanında dəfn olunacaq. 

İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. M.Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək./unikal.az

  • İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra (FOTO)

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!