İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır 

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır 

Maraqlı

22 May 2023 13:54 1036


Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a bildirilib ki, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir. 

Reportyor.info-nun yaydığı məlumatda Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.  Sezar pizza

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub. 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!