İtkin düşən 5 musiqiçi meşədə belə tapıldı –   İnanılmaz olay...

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən 5 musiqiçi meşədə belə tapıldı – İnanılmaz olay...

Dünya

05 İyun 2025 14:55 462


Meksikanın Tamaulipas əyalətində yerləşən Reynosa şəhərində 25 may 2025-ci il tarixində itkin düşən "Grupo Fugitivo" adlı yerli musiqi qrupunun beş üzvünün cəsədləri meşəlik ərazidə tapılıb.

Yenisabah.az bildirir ki, Meksika mətbuatında yer alan xəbərlərə görə, musiqiçilərin şiddətli şəkildə döyüldükləri və yandırıldıqları müəyyən edilib.

Tamaulipas əyalətinin prokuroru İrving Barriosun verdiyi məlumata əsasən, musiqiçilərin ehtimal ki, narkotik kartellərinin silahlı üzvləri tərəfindən qətlə yetirildiyi bildirilib. Hadisə ilə əlaqədar olaraq, "Cartel del Golfo"nun "Los Metros" fraksiyasına bağlı olduqları düşünülən 9 nəfər saxlanılıb. Marqarita pizza

Musiqiçilərin itkin düşməsindən sonra ailələri Reynosa şəhər bələdiyyəsi qarşısında etiraz aksiyası keçirərək, yol bağlama tədbirləri ilə diqqət çəkməyə çalışıblar. Meksikada xüsusilə narkotik kartellərini tərifləyən "narkokorridos" janrında mahnılar ifa edən musiqi qruplarının cinayətkar təşkilatların hədəfinə çevrildiyi məlumdur.

Bu hadisə, Meksikada sənətçilərin və vətəndaşların üzləşdiyi təhlükələri bir daha gündəmə gətirib və ölkədəki təhlükəsizlik problemlərinə dair narahatlıqları artırıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!