İtkin düşən hərbi pilotumuzun uçuş   Videosu

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən hərbi pilotumuzun uçuş Videosu

Sosial

25 İyul 2019 14:42 4793


Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin təlimlərdən görüntüləri yayımlanıb.

"Yeni Sabah" xəbər verir ki, ötən il Hərbi Hava Qüvvələrinin qırıcılarının təlimləri barədə Real TV reportaj hazırlamışdı.

Həmin reportajda bu gün radardan itən "Miq-29" təyyarəsinin pilotu Rəşad Atakişiyev də uğurlu uçuş etmişdi. Dominos pizza

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi. 

34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var. 

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb. 

/Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!