İtkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi - Fotolar

Hadisə

07 Aprel 2025 21:15 288


Bir neçə ay əvvəl Lənkəran sahillərində itkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini, balıqçı Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb. pizza mizza

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar, 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!