Şirvanda itkin düşən kişinin meyiti tapılıb.
Yenisabah.az xəbər verir ki, bir neçə gün öncə itkin düşmüş 1968-ci il təvəllüdlü Həsənov İlyas İsa oğlunun meyiti meşə ərazisində aşkarlanıb.
İ.Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər mərkəzinə təhvil verilib. Toyuqlu pizza
Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo
Telegram kanalımız