Tanınmış jurnalist, İctimai TV-nin aparıcısı Fəxriyyə Lilpar İsayeva Bakı Dövlət Universitetində işləməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, o, universitetin jurnalistika fakültəsində “Jurnalistin nitq mədəniyyətinin əsasları” fənni üzrə pedaqoq kimi fəaliyyət göstərəcək.
Fəxriyyə İsayeva 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində müəllif, aparıcı, redaktor vəzfələrində çalışıb. Pepperoni pizza
O, bir sira bədii-publisistik verilişlərin, o cümlədən ədəbi-bədii verilişlərin yaradıcısı və aparıcısı olub.
Telegram kanalımız