İTV-nin aparıcısından sərt cavab:   “Erməni olmaq təhqirdir“

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin aparıcısından sərt cavab: “Erməni olmaq təhqirdir“

Şou

01 Oktyabr 2020 16:55 5563


“Mən "Sarı Gəlinəm", "Balabanam", "Yarpaq dolmasıyam", "Kababam" sizin üçün? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar?”

Yenisabah.az xəbər verir ki, bu sözləri düşmənin öz aparıcısı kimi qələmə verdiyi Jalə Həsənli sosial şəbəkə hesabında yazıb:

"Zarafatsız, mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: Üzsüzlük. Heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar... Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaqsa təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin". Toyuqlu pizza

Qeyd edək ki, İTV-nin aparıcısı Jalə Həsənlinin bir neçə kəndimizin azad edilməsi ilə bağlı xəbərləri oxuyarkən ağlaması sosial şəbəkələrdə qısa zamanda sürətlə yayılmışdı.

Bir neçə gün sonra ermənilər aparıcının ağlayan fotosunu yerləşdirərək "Erməni aparıcı Qarabağla bağlı xəbərləri oxuyarkən kövrəlib. Aparıcı şəhidlərin məlumatını deyərkən göz yaşlarını saxlaya bilməyib" başlıqlı yazılarla yaymağa başlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!