İTV-nin iki əməkdaşı koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin iki əməkdaşı koronavirusa yoluxdu

Sosial

18 İyun 2020 15:49 885


İctimai Televiziya və Radio Yayımları Şirkətinin yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə "Report"a şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib. 

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar. pizza mizza

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!