IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək

Sosial

07 May 2025 17:51 394


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə mayın 18-də IV, mayın 19-da isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək.

Bu barədə Yenisabah.az-a MÜTDA-dan xəbər verilib.

Bildirilib ki, monitorinq IV siniflərdə tədris dili və riyaziyyat,  VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq. Pepperoni pizza

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!