“İvanişvili oliqarx deyil“ - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“İvanişvili oliqarx deyil“ - Baş nazir

Rəsmi

24 İyun 2022 16:23 1097


"Brüsselin işlətdiyi “deoliqarxizasiya” ifadəsinə aydınlıq gətirmək üçün Brüssellə məsləhətləşmələrə hazırıq".

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili bildirib.

Qeyd edək ki, bu, Gürcüstanın Aİ-dən namizəd statusu alma üçün əsas şərtlərdən biridir. Bu mənada Bidzina İvanişvilinin adı hallanır.  pizza sifarişi

"İvanişvili oliqarx deyil. Oliqarx öz təsiri ilə dövlət resursları hesabına varlanan, Gürcüstanda nüfuzlu biznesi, öz partiyaları və s. olan şəxsdir. İvanişvili Gürcüstanda heç bir gəlir əldə etməyib. Əksinə, xaricdə nəsə qazanıbsa, Gürcüstanda xeyriyyəçiliyə sərf edib”, - deyə Qaribaşvili vurğulayıb.

"O, başqa ölkələrdə qazandığı vəsaitlə, topladığı vəsaitlə ölkəyə vəsait ayırıb, yüzlərlə layihələr həyata keçirib. O, Şevardnadzenin vaxtından xeyriyyəçilik fəaliyyətinə başlayıb və Saakaşvilinin dövründə buna davam edib. - deyə BAş nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!