Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.
O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib. Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb: “İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”. Toyuqlu pizza
Mer karantin rejiminin ləğvindən öncə hansı qaydaların tətbiq olunacağı ilə bağlı xüsusi tədbirlər planının hazırlanacağını söyləyib.
Qeyd edək ki, Nyu-York uzun müddət pandemiyanın episentri olub və koronavirus burada 32 min insanın həyatına son qoyub.
Telegram kanalımız