İyulun 1-dən toylara icazə veriləcək - Türkiyədə

saytların hazırlanması

Evə çatdırılma

İyulun 1-dən toylara icazə veriləcək - Türkiyədə

Dünya

24 İyun 2020 17:43 1523


İyulun 1-dən etibarən Türkiyədə toy mərasimlərin keçirilməsinə icazə veriləcək.

Yenisabah.az “Hürriyət”ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi icra hakimiyyətlərinə təlimat göndərib.

Yoluxma riskini azaltmaq üçün toylar mümkün olduqca qısa müdət ərzində və açıq havada keçiriləcək. Toy məkanlarının girişlərinə və masalara dezinfeksiyaedici maddələr qoyulmalıdır. Həmçinin, maska taxmaq məcburi olacaq. Sosial məsafə qaydalarına uyğun olaraq, masalar arasında məsafə ən az 1,5 metr, stullar arasında 60 santimetr olacaq. Əllə görüşməyə, kollektiv foto çəkilişlərə icazə verilməyəcək. pizza sifarişi

Toylarda rəqs və şouya da icazə verilmir. Təkcə gəlin və bəy rəqs edə biləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!