İyunda ardıcıl 4 gün iş olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

İyunda ardıcıl 4 gün iş olmayacaq

Sosial

03 Aprel 2025 08:39 602


İyun ayında neçə günün qeyri-iş günü olacağı açıqlanıb.

Musavat.com xəbər verir ki, istehsalat təqvimi və iş vaxtı norması nəzərə alınaraq, 6 və 7 iyun Qurban bayramına, 15 iyun Milli Qurtuluş Gününə, 26 iyun isə Silahlı Qüvvələr Gününə təsadüf edir.

Şənbə günü olan 7 iyunun istirahət gününə düşməsi səbəbindən beşgünlük iş həftəsində çalışanlar üçün 9 iyun da qeyri-iş günü olacaq. Bununla da Qurban bayramı ilə əlaqədar vətəndaşlar 6-dan 9 iyuna qədər ardıcıl dörd gün istirahət edəcəklər. pizza

Bundan əlavə, 15 iyun bazar gününə düşdüyü üçün 16 iyun da qeyri-iş günü elan olunub.

İyun ayında həftəsonları da nəzərə alınmaqla, ümumilikdə 13 gün istirahət günü olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!