İzmirin Foça rayonunda selin vurduğu zərərin miqdarını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, İzmir valisi Süleyman Elban, dəymiş ziyanın yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.
O, həmçinin seldən zərər çəkən vətəndaşlar üçün qonaq evləri və xüsusi sığınacaqların istifadəyə hazır vəziyyətə gətirildiyini vurğulayıb. İtkin düşən bir nəfərin axtarışlarının isə gecə boyu davam etdiriləcəyi qeyd olunub. Toyuqlu pizza
Vali əlavə edib ki, axtarış qrupuna daha 12 nəfər xilasedici cəlb ediləcək.
Telegram kanalımız