İzzət: “Səhnəyə dəbi mən gətirmişəm“   - Video

saytların hazırlanması

Evə çatdırılma

İzzət: “Səhnəyə dəbi mən gətirmişəm“ - Video

Şou

29 Noyabr 2021 15:43 785


Müğənni İzzət Bağırov səhnəyə dəbi onun gətirdiyini deyib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Bazar düzü” proqramında qonaq olan İzzət bir çox geyimin o geyindikdən sonra dəb olduğunu bildirib:

"Mənə görə yaxası uzun olan köynəkləri mağazalarda satırdılar. Satıcı deyirdi, sənə görə 200 ədəd satmışam. Mənim özümə də pulla verirdi. İndi isə deyirlər, gəl, mağazada dayan, bir dəfə reklam et, sənə də köynək verək. Saçda tağ ayırmaq, saç düzümü, mikrofun atıb tutmaq... Bunları mən gətirmişəm. Bunlar müğənninin aksesuarıdır”. Toyuqlu pizza

İfaçı hər zaman dəblə geyinməyi sevdiyini deyib:

“Əgər mənim saatım, ayaqqabım geyimimə uyğunlaşmırsa, olmaz. Baxıram kimdəsə heç nə uyğunlaşmır, özümü narahat hiss edirəm. Geyimdə hər şey bir-birini tamamlamalıdır. Üstümdə 6 yox, uzağı 2 rəng olub”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Sen heç özün sehnede varsan?ve ya olmusan.?kül başımıza
    4 years ago