İzzətdən kişilərə məsləhət: “Cavan qalmaq istəyirsinizsə...”  - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İzzətdən kişilərə məsləhət: “Cavan qalmaq istəyirsinizsə...”  - VİDEO

Şou

06 Fevral 2024 10:51 666


Müğənni İzzət Bağırov kişilərə məsləhət verib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində qonaq olan ifaçı cavan qalmağın sirrini açıb:

“İnsanın qocalmağı öz əlindədir. Eləsi var ki, cavan görünür, amma bir də görürsən cavan oğlandır, soruşursan neçə yaşın var? Deyir 27, amma məndən qoca görünür. pizza sifarişi

Hər şey daxildən başlayır. İnsan soyuqqanlı olmalıdır, hər şeyi gərək Allahla bağlayasan, düşünəsən ki, Allah belə məsləhət bildi, belə oldu. Özümüz nəyisə istəməklə deyil. Allahın bizə verdiyi neməti, sağlamlığı qorumalıyıq. Xüsusi məsləhətim kişilərədir: kişi içməsə, çəkməsə, cavan qalacaq. Bunu öz təcrübəmdən deyirəm. İçməmək, çəkməmək insanı cavan göstərir. Bunlar insanı məhv edir, səni məhv edən şeylərdən uzaq olmalısan. Məgər onsuz yaşamaq olmaz?!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!