Jalə Əliyeva reytinq turnirində bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Jalə Əliyeva reytinq turnirində bürünc medal qazandı

İdman

02 İyun 2023 19:46 915


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub. Toyuqlu pizza

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!