Jeff Bezos öz gəmisində kosmosa uçur

saytların hazırlanması

Evə çatdırılma

Jeff Bezos öz gəmisində kosmosa uçur

Hadisə

20 İyul 2021 16:47 969


"Həyəcanlıyam. İnsanlar məndən narahat olub-olmadığımı soruşurlar. Narahat deyiləm, maraq marağım aşıb-daşır. Nə öyrənəcəyimizi bilmək istəyirəm".

Bu sözləri bu gün New Shepard adlı raket gəmisi ilə ilk dəfə kosmosa uçacaq milyarder, dünyanın ən varlı adamı Jeff Bezos deyib.

Onu qardaşı Mark Bezos, 82 yaşlı aero-kosmik sənaye veteranı Wally Funk və 18 yaşlı tələbə - Oliver Daemen müşayiət edəcək. pizza hut

New Shepard gəmisi kosmik turizm bazarına xidmət etmək üçün Bezos-un Blue Origin şirkəti tərəfindən inşa edilib.

Onlar Bakı vaxtilə saat 17:00-da Bezos-un Texas ştatındakı özəl buraxılış sahəsindən havaya qalxacaqlar və təxminən 10 dəqiqəlik sub-orbital uçuşdan sonra paraşütlə yerə qayıdacaqlar.

Bezos bu uçuşu çoxdan planlaşdırırdı. Hər şey qaydasında gedərsə, o, şirkətinin gəmisində stratosferin kənarına uçan ikinci "kosmik milyarder" olacaq.

Birincisi 11 iyulda kosmosa uçuş edən britaniyalı sahibkar Richard Branson olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!