Jerar Depardye dini məzhəbini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Jerar Depardye dini məzhəbini dəyişdi

Dünya

06 Sentyabr 2020 08:26 1012


Məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etdikdən bir neçə il sonra dini məzhəbini də dəyişib.

Bu barədə “Valerus” nəşri məlumat yayıb.

Bildirilib ki, Depardye xristianlığın provaslıq qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub. Toyuqlu pizza

Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin 30-a nəfərə yaxın dostları iştirak edib. O qeyd edib ki, Depardyenin vəftiz zamanı aldığı adı açıqlaya bilməz.

Qeyd edək ki, 71 yaşlı Depardye karyerası boyu 200 filmdə çəkilib, teatr tamaşalarında oynayıb. O, “Qızıl qlobus” da daxil olmaqla, müxtəlif mükafatlara layiq görülüb. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!