Türkiyənin “Fənərbaxça” klubu portuqaliyalı mərkəz yarımmüdafiəçisi Migel Krespo ilə yollarını ayırır.
Yenisabah.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo həmyerlisini heyətdə görmək istəməyib.
27 yaşlı futbolçu artıq özünə yeni klub tapıb. Krespo “Başakşehir”lə müqavilə imzalayıb. İstanbul təmsilçisi bu barədə öz rəsmi səhifələrində məlumat verib. Dominos pizza
Qeyd edək ki, Migel Krespo ötən il İspaniyanın “Rayo Vallekano” klubundan “Fənərbaxçaya” icarəyə verilib. Portuqaliyalı futbolçu gözlənilən performansı göstərə bilməyib.
Telegram kanalımız