Juninyo “Flamenqo”ya transferindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Juninyo “Flamenqo”ya transferindən danışdı

İdman

19 Yanvar 2025 13:18 200


"Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo baş məşqçisi Felipe Luisin vacib rolundan danışıb.

Yenisabah.az Fla TV-yə istinadla xəbər verir ki, o, hazırda ABŞ-da təlim-məşq toplanışında olan komanda yoldaşlarından Leo Pereyradan ismarış alıb:  

“Menqan”ın (“Flamenqo”nun qısaldılmış adı - red.) təklifindən imtina etmək çətin idi. Siz bəyəndiniz, ya yox, amma bu məsələdə baş məşqçinin dəstəyi də çox önəmlidir. Xüsusən Felipe Luisin klubun tarixindəki xidmətlərini unutmamalıyıq. Leo Pereyra isə mənə mesaj göndərdi. Mən onu çoxdan tanıyıram. Onun “Flamenoda”kı uğurlarını izləyirdim. Onun burada olması mənim adaptasiya prosesimi yüngülləşdirəcək”. Pepperoni pizza

Xatırladaq ki, Juninyo bugünlərdə “Flamenqo” ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!