Jurnalist Cəmil Məmmədli saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist Cəmil Məmmədli saxlanıldı

Maraqlı

18 Yanvar 2023 11:59 910


Jurnalist Cəmil Məmmədli saxlanılıb. 

Yenisabah.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib. 

Bildirilib ki, Məmmədli Cəmil Qiyas oğlu başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.  Dördpendirli pizza

Qeyd edək ki, Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!