Jurnalist icra başçısına məxsus restoranda döyülüb?

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist icra başçısına məxsus restoranda döyülüb?

Kriminal

29 Sentyabr 2021 16:00 1551


Bakıda restoranda çəkiliş edən jurnalist döyülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda iddia edilir ki, hadisə paytaxtda fəaliyyət göstərən “Dəyirman” adlı restoranda baş verib. İlkin məlumatlara görə, jurnalist restoranında canlı yayımla çəkiliş aparan zaman ona təzyiq göstərərək sağ qolunu sındırıblar. Telefonu isə əlindən alınıb. Sezar pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, mövzu ilə əlaqədar aidiyyəti üzrə araşdırma aparılır.

İddialara görə, sözügedən restoran Yasamal Rayonu İcra Hakimiyyətinin başcısı Elşad Həsənova məxsusdur.

Yayılan iddialara aydınlıq gətirilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti, eləcə də adıçəkilən “Dəyirman” restoranı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!