“Müsavat Partiyasının bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Almaniyada mühacir həyatı yaşayan araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı tərəfindən məhkəməyə verilməsinə münasibət bildirərkən deyib.
“Mәn şәxsәn Azәrbaycan mәhkәmәlәrindәn әdalәt gözlәmirәm. Yazdığım bir jurnalist araşdırmasına görә Naxçıvan hakimiyyәti dә 2014-cü ildә eyni addımı atıb, mәni böhtana görә mәhkәmәyә vermişdi. Eynisini bu gün özünü söz azadlığınım müdafiәçisi kimi göstәrmәyә çalışan Müsavat Partiyası atır”, - deyə jurnalist əlavə edib. Toyuqlu pizza
Müsavat Partiyası rəhbərliyinin mühacir alverindә әli olduğunu faktlarla göstərdiyini deyən Yafəz Əkrəmoğlu əlavə edib ki, əgәr Azәrbaycanda әdalәtli mәhkәmә olsaydı bunu asanlıqla sübut edә bilәrdi. Araşdırmaçı jurnalist bu məslədə Müsavat Partiyasının hakimiyyətlə əlbir olduğunu da iddia edib.
“Ona görә bu gün Gülağa Aslanlı mәni asanlıqla mәhkәmәyә verә bilir. Hakimiyyәt vә partiya rәhbәrliyi birlәşib mәni mәhkәmәyә vermәklә mәni susdurmağa, tәhdid altında saxlamağa çalışırlar ki, susum, birlikdә törәtdiklәri zibillәri açmaqda davam etmәyim. Ancaq yanılırlar. Bu çirkinliklә mübarizәm davam edәcәk”, -deyə o qeyd edib.
Müsavat Partiyası Mərkəz İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, məhkəməyə öz adından şikayət edib. O, bu barədə Yafəz Əkrəmoğluna xeyli əvvəl xəbərdarlıq etdiyini deyib. “Müsavat Partiyasının bu şikayətlə heç bir əlaqəsi yoxdur. Qalan suallara məhkəmədə cavab veriləcək”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, “Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin (“Müsavat” AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, “Müsavat” partiyasının üzvü, “Müsavat” AKM sədrinin müavini Mehdi Xəlilbəyli, “Müsavat” AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, “Müsavat” Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən, 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.
Telegram kanalımız