Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi

Sosial

20 Dekabr 2019 10:08 880


Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Yenisabah.az xəbər verir ki, Aynur Elgünəşin etirazı nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyi ilə bağlı olub:

“Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin ediləndən mən bircə dəfə də olsun bu adamım səsini eşitməmişəm. Bu adam özü üçün xüsusi olaraq bir qrup yaradıb. Yəni, 3-5 nəfər jurnalistlə işləyir. Ancaq onlara xəbər verir. Digər jurnalistlərin heç birinə cavab vermir. Hətta mədəniyyəti çatmır ki, telefonu açıb “məşğulam” desin. İki dəfə zəng edən kimi adamı bloka atır. Mən sizə göstərə də bilərəm ki, gün ərzində bu adama dəfələrlə zəng vurmuşam. Jurnalist fəaliyyətimdə hələ özümə qarşı belə tərbiyəsizliklə üzləşməmişdim”. pizza sifarişi

Aynur Elgünəş deyib ki, aksiyası yalnız Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə yekunlaşmayacaq. “Mən bunu kampaniyaya çevirəcəm. Digər fəaliyyətsiz mətbuat xidmətləri ilə də bağlı aksiyalar keçirəcəm”, - deyə jurnalist vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!