Mərakeşli jurnalist Hacer Raissouni nikaha daxil olmadan cinsi əlaqəyə girdiyi və abort etdirdiyi üçün bir il həbs cəzası alıb.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, qərara etiraz edən İnsan Haqları İzləmə Təşkilatı şəxslərin öz istəyi ilə cinsi əlaqəyə girməyə haqqı olduğunu bildirib. Təşkilat xatırladıb ki, bu Mərakeşin də imzaladığı Beynəlxalq Millətlər Təşkilatının (BMT) Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktında da öz əksini tapıb.
Təşkilat abortun qadağan edildiyi ölkələrdə qadınların həyatlarını təhlükəyə ataraq illeqal yollarla abort etdirdiyini xatırladıb və Mərakeşi abortu leqallaşdırmağa səsləyib. pizza hut
Xatırladaq ki, 28 yaşlı jurnalist avqust ayında sudanlı nişanlısı ilə birgə paytaxtda ginekoloqun qəbulundan çıxarkən görüntülənib. Hacer həbs cəzasına etiraz edir. O, abort etdirmədiyini, daxili qanamaya görə həkimə müraciət etdiyini deyir.
Əsmətxanım
Telegram kanalımız