Jurnalistin AFFA-nı qəzəbləndirən süjetinin –   Mətni + Video

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistin AFFA-nı qəzəbləndirən süjetinin – Mətni + Video

İdman

16 İyun 2019 18:08 2275


Xəbər verdiyimiz kimi, AFFA-nı sərt tənqid etdiyi üçün Azad Azərbaycan telekanalının idman departamentinin rəhbəri İlkin Xəlilov təzyiqlə üz-üzə qalıb. Onun işdən çıxarılması ilə bağlı xəbərdarlıq edilib. Hələlik telekanal bununla bağlı hər hansı açıqlama yaymayıb. Amma görünən odur ki, ATV rəhbərliyi istedadlı jurnalisti vəzifəsindən azad etməyə hazırlaşır.

“Yeni Sabah” İ. Xəlilovun AFFA-nı yerlə bir edən həmin süjetinin mətnini və videosunu oxucularına təqdim edir:

Sabah futbol üzrə milli komandamız Avro 2020-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq. Yığmamız Bakcell Arenada Macarıstanla qarşılaşacaq. Gənclərdən ibarət millimiz isə artıq oyununu keçirib və utandırıcı nəticə göstərib. Komandamız indiyə qədər tarixində bir qələbəsi belə olmayan Lixtenşteynin gənclər yığmasına uduzub. Necə ki, 21 il əvvəl əsas komandamız onların tarixinə düşmüşdü. 21 il əvvəl yığmamıza qol vuran Mario Frikin oğlu İannix də dünənki matçın qəhrəmanı olub. Bir sözlə AFFA 21 ildir bir Frik ailəsi ilə bacaracaq komanda yarada bilmir. pizza hut

Milli komandamız yenə də milli qürurumuzu top əvəzinə ayaq altına atıb təpikləyib. 21 yaşadək futbolçulardan ibarət komandamız Avropa futbolunun əbədi autsayderlərindən biri cırtdan dövlət Lixtenşteynə uduzub. Cırtdan demişkən Lixtenşteynin əhalisinin bizim Şabrandan, ərazisinin Nabrandan az olmasının futbola heç bir dəxli yoxdur. Dəxli olan odur ki, bu Lixtenşteyinin gənclər yığmasının bütün tarixi ərzində ilk qələbəsidir. Və bu qələbənin Azərbaycan adlı bir komandanın üzərində qazanması adamı utandırır, rəzil edir.

Axı bu qoc-qoca Avropanın 55 ölkəsinin içində biri tapılmadı ki, bu kiçik, cırtdan dövlətin futbolçularının azarkeşlərini sevindirsin?  Mütləq bu biabırçılıq bizimmi başımıza gəlməli idi? Hə, öyrəncəliyik axı. 21 il əvvəl 1999-cu ilin oktyabrında əsas milli komandamız da Lixtenşteynə uduzaraq onlara ilk tarixi qələbənin keyfini yaşatmışdı. Və tarixin daha bir acı ironiyası...

21 il əvvəl əsas komandamıza qol vuran Mario Frikin elə 98-ci ildə dünyaya gələn oğlu İannix komandamızın qapısından top keçirib. Bu bilirsiniz nə deməkdir cənab Elxan Məmmədov? Mario Firik deyir ki, 20 il əvvəl mən sizi məğlub etmişəm, bu gün oğlum, sabah da nəvəm. Siz isə yerinizdə sayın. Həm yerinizdə sayın, həm də xarici məşqçilərə  xərclənən mənasız pulları.

Bu 21-lərin seçmə mərhələsi dünən başladı və başlayan kimi də hər şey alt-üst oldu. Guya biz bu qrupda ən zəif rəqib kimi Lixtenşteyni görün iki oyuna 6 xal hədəfləmişdik. Elə ilk oyunda vurub bizi nokauta saldılar. Necə deyərlər, məscid tikilməmiş, kor əsasını dirədi. 

İndiyə qədər heç bir qələbəsi olmayan Lixtenşteynə uduzuruqsa, bu gənclərdən Fransa, İsveçrə, Slovakiya ilə oyunlardan nə gözləyək? Lixtenşteynə uduzmaq üçün mütləq xeyli pul xərcləyib Serbiyadan Obradoviçimi gətirmək lazım idi? Bu ölkədə bəyəm bunu bacaracaq məşqçilər yoxdurmu? Uduzmaqdırsa, qoy elə Əli, Vəli, Pirvəli baş məşqçi olub uduzsun. Futbola bir xeyriniz dəymirsə, heç olmasa 5-6 yerli məşqçiyə iş yeri verib işsizliyin aradan qaldırılmasında dövlətə kömək etmiş olardınız. Kefli İsgəndərin yolu AFFA-ya düşsə 10 ildir Azərbaycan futbolunu idarə edən baş katibə bu sözləri deyərdi: “Lotusan də, vur, vur gəlsin!”.

Azərbaycan futbolunun dünənindən əlimizi üzmüşük, bu gününü öldürmüsünüz, sabahına qəbir qazırsınız. Bir molla çağırın, gəlib fatihə versin. Futbol kitabını bağlayıb, qoyaq bir kənara. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!