Jurnalistlər Binəqədi qəsəbəsində koronavirus əleyhinə məhlullar payladılar   - Foto 

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər Binəqədi qəsəbəsində koronavirus əleyhinə məhlullar payladılar - Foto 

Sosial

26 Mart 2020 19:43 777


Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib. 

Yenisabah.az xəbər verir ki, kampaniyanın üçüncü günündə qəsəbə Bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.

Saytın əməkdaşları və qəsəbə Bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub. Sezar pizza

Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan #evdəqal kampaniyasına dəstək məqsədilə həyata keçirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!