Jurnalistlər Cəbrayıl və Qubadlı rayonlarına səfər edib

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər Cəbrayıl və Qubadlı rayonlarına səfər edib

Hadisə

13 Aprel 2021 10:18 586


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş Qubadlı və Cəbrayıl rayonlarına səfərini təşkil edib.

Yenisabah.az xəbər verir ki, səfərin zamanı işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçiriləcək.

Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələri ilə əyani şəkildə tanış olacaqlar. Pepperoni pizza

Daha sonra Qubadlı rayonunda Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə forel balıqları çaya buraxılacaq, rayonun Muğanlı kəndində yaşıllıqların məhv edildiyi ərazidə ağaclar əkiləcək.

Səfərin sonunda Həmzəli-Həkəri kəndlərində yaşıllıqlara baxış keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!