ABŞ-ın keçmiş prezidenti Donald Tramp gündəmdən düşmür.
Yenisabah.az xəbər verir ki, “Washington Post” qəzetinin bir qrup jurnalisti 2016-cı ilin noyabrından prezidentlikdən getdiyi tarixə qədər D.Trampın 25.000 tvit və 5 milyon sözdən ibarət olan yazılarını araşdırıb.
Hesablamaya görə, insanları küçələrə tökəcək üslubu və davranışı ilə yadda qalan eks-prezident dörd illik rəhbərliyi dövründə 30 min 573 yalan fikir səsləndirib. Marqarita pizza
“Fakt Checker” adlı layihənin nəticələrinə görə, Tramp səlahiyyət müddətinin ilk ilində gündə ortalama 6, ikinci ilində gündə ortalama 16, üçüncü ilində 22, dördüncüsündə isə 39 yalan fikir ifadə edib.
Telegram kanalımız