Jurnalistlər üçün daha bir təlim başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər üçün daha bir təlim başa çatdı

Maraqlı

17 Mart 2023 11:02 913


Martın 16-da “PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub. 

Yenisabah.az xəbər verir ki, “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. 

Açılış mərasimində çıxış edən “PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov şirkət haqqında məlumat verib.  Marqarita pizza

Daha sonra “PAŞA Həyat” şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər. 

Təlimdə Paşa Həyat (Pasha Life) istifadəçiləri üçün yeni mobil tətbiqin təqdim ediləcəyi də açıqlanıb. 

Bunu  Pasha Life-ın Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov deyib. 

Onun sözlərinə görə, istifadəçilərin daha rahat giriş etməsi üçün mobil tətbiq yaxın günlərdə təqdim ediləcək. 

Tılimdən sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!