Jurnalistlər və bloggerlər pulsuz peyvənd ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər və bloggerlər pulsuz peyvənd ediləcək

Dünya

20 Fevral 2021 07:56 933


Özbəkistanda jurnalistlər və bloggerlər də koronavirusa qarşı pulsuz peyvənd ediləcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Respublika Qərargahının üzvü Nurmat Atabekov Daşkənddə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, jurnalist və bloggerlərlə yanaşı, ictimai nəqliyyatda çalışanlar (metro, dəmir yolu, hava limanları), xaricdə təhsil alan tələbələr və əmək miqrantları da peyvənd ediləcək birincilər sırasında olacaqlar. pizza mizza

Bundan əvvəl isə bildirilmişdi ki, əvvəlcə yaşı 65-dən yuxarı vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda yer alan digər şəxslər vaksinasiya olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!