“Virusun geniş yayılmasının qarşısını almağın ən təsirli yollarından biri insanların böyük qruplar halında toplaşmasının qarşısını almaqdır. Buraya jurnalistlərin iş yerlərində, redaksiya otaqlarında toplaşması, həmçinin, kütləvi tədbirlər yerindən reportajlar hazırlaması da daxildir. Bugünkü telematik alətlər jurnalistlərə imkan verir ki, öz tapşırıqlarını məsafədən çalışmaqla mükəmməl şəkildə yerinə yetirsinlər. Bununla bərabər, media sektorundakı bəzi işəgötürənlər hələ də bütün jurnalistləri xəbər otaqlarında işləməyə məcbur edirlər. Və ya, jurnalistləri təhlükəsizlik formaları ilə təmin etmədən reportajlar hazırlamağa göndərirlər. İndiki vəziyyətdə jurnalistlərin sağlamlığı və təhlükəsizliyi ilk prioritetimizdir. Bütün media işəgötürənləri iş yerlərində jurnalistlərin sağlamlığının qorunması üçün lazımi addımları atmalı, profilaktik tədbirlər həyata keçirməlidirlər. Jurnalistlərin telematik alətlərdən istifadə etməklə məsafədən işləmələrinə şərait yaradılmalıdır".
Yenisabah.az xəbər verir ki, bu, Avropa Jurnalistlər Federasiyasının (EFJ) COVID -19 pandemiyası dövründə medianın fəaliyyətinin tənzimlənməsi yönündə qəbul etdiyi proqramın bir istiqamətidir. Proqram geniş, əhatəlidir və COVID - 19 pandemiyası dövründə jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün təlimatları da əhatə edir. Müraciət həm də jurnalistlərin özlərinə yönəlib və epidemiya dövründə təhlükəsizlik təlimatlarına əməl etməyə çağırır.
Məlumat üçün bildirək ki, təhlükəsizlik tədbirləri çərçivəsində nümunə göstərmək üçün Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyası özləri də fəaiyyət formalarını aprelin 6-na qədər dəyişdiriblər: kütləvi toplantılar formasında olan bütün tədbirlər (təlimlər, seminarlar, konfranslar, görüşlər) təxirə salınıb, gündəlik iş rejimi isə məsafəli iş formasına dəyişdirilib. Dominos pizza
Bundan öncə Avropa Jurnalistlər Federasiyası Polşada yerli üzv təşkilatların rəhbərləri ilə görüş keçirib, qarşıdakı fəaliyyət istiqamətlərini müzakirə edib.
Görüşdə EFJ-nin Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli də iştirak edib. Səfər xərcləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən çəkilib.
Telegram kanalımız