Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Yenisabah.az xəbər verir ki, 2008-ci ildən fəaliyyət göstərən kompleksin rəhbəri tanınmış idman jurnalisti Elşən Məmmədov olub. Elşən Məmmədov bu vəzifədə Məcid Məcidovu əvəzləyib. E.Məmmədov məlumatı təsdiqləyib.
Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. O, "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin E.Məmmədov İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib. Pepperoni pizza
Telegram kanalımız