Kabildə güclü partlayışla: atışma səsləri eşidildi

saytların hazırlanması

Evə çatdırılma

Kabildə güclü partlayışla: atışma səsləri eşidildi

Dünya

09 Oktyabr 2025 23:39 245


Əfqanıstanın paytaxtı Kabildə iki güclü partlayış olub, daha sonra isə şəhərdə atışma səsləri eşidilib.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Şahidlərin dediyinə görə, partlayışlar şəhərin şərq hissəsindən, 8-ci rayonun ətrafından gəlir. Bəzi sosial media istifadəçiləri şəhərin üzərindən təyyarələrin uçduğunu yazır və hava hücumları ilə bağlı fərziyyələr səsləndirirlər. pizza

Taliban sözçüsü Zabihullah Mücahid də partlayışın baş verdiyini təsdiqləyib, lakin vətəndaşları sakit olmağa çağırıb. O ictimaiyyəti narahatlığa səbəb olmadığına əmin edib. Mücahid araşdırmanın aparıldığını və hələlik dəyən ziyanla bağlı məlumatların daxil olmadığını bildirib.

Əfqanıstan hökuməti hələlik partlayışın mahiyyəti ilə bağlı açıqlama verməyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!