Kabus geri qayıdır: 8 yaşlı uşaq virusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Kabus geri qayıdır: 8 yaşlı uşaq virusdan öldü

Dünya

07 Aprel 2025 12:52 314


ABŞ-ın Texas ştatında yayılan qızılca epidemiyası nəticəsində 8 yaşlı bir qızın həyatını itirdiyi bildirilib.

Yenisabah.az xəbər verir ki, yerli səhiyyə orqanlarının məlumatına görə, uşaq peyvənd olunmamış olub. Bununla da ştatda qızılcadan ölən uşaqların sayı 2-yə yüksəlib.

Səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, peyvənd olunmamış uşaqlar və immun sistemi zəif olan şəxslər üçün xəstəlik daha təhlükəlidir. Son həftələrdə qızılca hallarında ciddi artım müşahidə olunur və bu, xüsusilə məktəbəqədər yaş qrupundakı uşaqlar üçün ciddi risk yaradır. pizza sifarişi

Texas Səhiyyə Departamenti valideynlərə çağırış edərək, uşaqlarını vaxtında peyvənd etdirmələrini tövsiyə edib. Mütəxəssislər hesab edirlər ki, vaksinasiyanın azalması yoluxucu xəstəliklərin yenidən artmasına səbəb olur.

Qeyd edək ki, ABŞ-da qızılcaya qarşı peyvənd 1960-cı illərdən etibarən tətbiq olunur və xəstəliyin qarşısını almaqda ən effektiv vasitə hesab olunur.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!